III MDB Oyunları: Azərbaycan üzgüçülükdə ilk medalını qazandı

III MDB Oyunları: Azərbaycan üzgüçülükdə ilk medalını qazandı

Hazırda oxunan: III MDB Oyunları: Azərbaycan üzgüçülükdə ilk medalını qazandı
272811
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

III MDB Oyunlarının çərçivəsində Gəncə İdman Sarayında davam edən üzgüçülük yarışlarında medalçılar müəyyənləşib.

Bizim.Media xəbər verir ki, ilk olaraq qadınların yarışında 800 metr məsafəyə sərbəst üsulla üzmədə mükafatçılar məlum olub.
 

Rusiya təmsilçisi Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci, Belarusdan olan Kseniya Mastoviç üçüncü yeri tutublar. Azərbaycan üzgüçüsü Anastasiya Qnussina dördüncü yerlə kifayətlənib.


Kişilərin mübarizəsində 50 metr məsafəyə arxasıüstə üzmə yarışında qalibin adına aydınlıq gəlib.

Rusiyalı Dmitrii Kravtsov birinci, Belarusdan olan Mikita Apanasik və Kiril Bantşeviç müqafiq olaraq 2 və 3-cü yerləri tutublar.

Qadınların 100 metr məsafəyə "butterfly" üsulu üzrə rusiyalı Yevgenia Sadovnikova qızıl, qazaxıstanlı Taissiya Korotkova gümüş, Azərbaycan idmançısı Mehri Əbdürəhmanlı bürünc medal əldə ediblər.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçirilir: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO