
- A-
- A
- A+
"Qarabağ" klubu 5000, "Sabah" 2000 manat cərimələndi
AFFA İntizam Komitəsi "Sabah", "Qarabağ" və "Araz-Naxçıvan" klublarını cərimələyib.
Bizim.Media xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun "Araz-Naxçıvan" – "Qarabağ" oyununun 28-ci dəqiqəsində "Araz-Naxçıvan" komandasının 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, "Araz-Naxçıvan" komandası 500 manat cərimə edilsin (maddə 17.7);
21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun "Araz-Naxçıvan" – "Qarabağ" oyununun 60-cı dəqiqəsində "Qarabağ" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Qarabağ" klubu 5000 manat cərimə edilsin (maddə 52.5);
20.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun "Sabah" – "Turan Tovuz" oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Sabah" klubu 2000 manat cərimə edilsin (maddə 99, 94, 57.2).
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































