Azərbaycanla Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu İMZALANDI - FOTO

Azərbaycanla Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu İMZALANDI - FOTO

Hazırda oxunan: Azərbaycanla Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu İMZALANDI - FOTO
268943
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Budapeştdə Azərbaycan Respublikası ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. İclasda Azərbaycanı Hökumətlərarası Komissiyanın həmsədri, maliyyə naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Tədbirdə ticarət, investisiya, energetika, səhiyyə, əmək, sosial müdafiə, elm, təhsil, mədəniyyət, turizm və qida təhlükəsizliyi kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

İclas çərçivəsində səhiyyə sahəsində əməkdaşlığa dair mühüm sənəd - Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti, "PannonPharma" və "Scandens Pharmaceuticals" şirkətləri arasında dördtərəfli Anlaşma Memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi Azərbaycan və Macarıstanın tibb mütəxəssisləri üçün təlim proqramlarının təşkili və ali tibb təhsili müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin əczaçılıq sənayesində bilik və təcrübə mübadiləsinin təşviq edilməsidir.

Azərbaycanla Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu İMZALANDI - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO