Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına ÜZV OLACAQ? – FOTO

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına ÜZV OLACAQ? – FOTO

Hazırda oxunan: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına ÜZV OLACAQ? – FOTO
268074
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyev ilə görüşü zamanı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib. Çoxvektorlu xarici siyasət həyata keçirən Azərbaycan əksər aparıcı beynəlxalq qurumlar, o cümlədən ŞƏT və təşkilata üzv olan əksər dövlətlər ilə tərəfdaşlığı gücləndirir. Qərb və Şərqlə əməkdaşlığını dərinləşdirən Azərbaycanın regional təhlükəsizliyin qorunmasında rolu daha da artmaqdadır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, ŞƏT ilə tərəfdaşlıq coğrafı paylaşımına və əhalisinə görə dünyanın ən böyük təşkilatı ilə əməkdaşlıq deməkdir: 

“Avrasiyanın 65, dünya ərazisinin 24 faizini əhatə edən təşkilata üzv dövlətlərdə dünya əhalinin 42 faizi yaşayır. Bu eyni zamanda, qlobal nominal ÜDM-in 23, real iqtisadiyyatın isə 36 faizinin həmin dövlətlərdə formalaşması deməkdir.
 

Azərbaycan təşkilat ilə dialoq tərəfdaşlığı olan 14 dövlətdən biridir. 10 üzvü olan təşkilatda 2 dövlət müşahidəçi kimi təmsil olunur. Hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan müşahidəçi ölkə statusu almaq üçün rəsmi müraciət edib. Azərbaycan dialoq tərəfdaşı kimi bu qurumla sıx əməkdaşlıq edir.


ŞƏT ilə əməkdaşlığın güclənməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalmaqdadır. Çoxvektorlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir”, - deyə Vüqar Bayramov əlavə edib.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına ÜZV OLACAQ? – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO