"Bizə əvvəlcədən məlumat verilmişdi" - Hakan Fidan Vaşinqton görüşündən DANIŞDI

"Bizə əvvəlcədən məlumat verilmişdi" - Hakan Fidan Vaşinqton görüşündən DANIŞDI

Hazırda oxunan: "Bizə əvvəlcədən məlumat verilmişdi" - Hakan Fidan Vaşinqton görüşündən DANIŞDI
264307
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dünən sülh sazişi paraflanandan sonra azərbaycanlı həmkarım Ceyhun Bayramovla uzun telefon danışığımız olub”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı ilə mətbuat konfransında deyib.
 

Nazir bildirib ki, Azərbaycan tərəfi əvvəlcədən Türkiyəyə məlumat vermişdi: “Biz ümumilikdə prosesi hərtərəfli nəzərdən keçirdik. Zəngəzur dəhlizini də müzakirə etdik. Strategiyamızdakı Zəngəzur dəhlizi layihəsi həyata keçərsə, Avropadan başlayıb Asiyanın dərinliklərinə qədər birbaşa gedən bir nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsi olacaq.


Bu, Türkiyəni Qafqaz regionu, Xəzər dənizi üzərindən sadəcə Mərkəzi Asiyaya yox, birbaşa türk dünyasına bağlayacaq, türk dünyasını isə Türkiyə üzərindən Avropaya bağlayacaq, Avropanı isə Türkiyə üzərindən Asiyanın dərinliklərinə bağlayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO