Kiyevdə DƏHŞƏT: Raket zərbəsi zamanı 9-cu mərtəbədən yıxılan qız sağ qaldı - VİDEO

Kiyevdə DƏHŞƏT: Raket zərbəsi zamanı 9-cu mərtəbədən yıxılan qız sağ qaldı - VİDEO

Hazırda oxunan: Kiyevdə DƏHŞƏT: Raket zərbəsi zamanı 9-cu mərtəbədən yıxılan qız sağ qaldı - VİDEO
262698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Kiyevə son raket hücumu zamanı 9-cu mərtəbədən yerə düşən Veronika adlı qız möcüzə nəticəsində sağ qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN xəbər agentliyi yazıb.

Veronikanın sözlərinə görə, partlayış zamanı hər şey çox sürətli baş verib: əvvəlcə partlayış səsi eşidib, sonra isə birdən-birə özünü yerə çırpılmış vəziyyətdə tapıb. O, hadisə zamanı şüurunu itirməyib, yalnız ayağı sınıb və bir dişi qırılıb.

Qız ehtimal edir ki, onu yataqda olarkən partlayış dalğası ilə birlikdə pəncərədən atıb və yatağın yumşaq olması həyatda qalmasına səbəb olub.

Veronikanın valideynlərinin harada olduğu və onların aqibəti hələlik məlum deyil.

Qeyd edək ki, son hücum nəticəsində Kiyevdə 132 nəfər xəsarət alıb, onlardan 12-si uşaqdır. 30 nəfər – o cümlədən 5 uşaq – xəstəxanada stasionar müalicə alır, 97 nəfərə isə ambulator yardım göstərilib.

8 nəfər isə həyatını itirib.

UNİAN-ın yayımladığı görüntülərdə, Kiyev şəhərinin Qarmatnaya və Maşinostroitel küçələrinin kəsişməsində yerləşən bir binanın divarında nəhəng bir deşik əmələ gəlib. Bu, hücumun miqyasını və dağıntıların ciddiliyini göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO