Prezident Xocalının Təzəbinə kəndində - FOTO

Prezident Xocalının Təzəbinə kəndində - FOTO

Hazırda oxunan: Prezident Xocalının Təzəbinə kəndində - FOTO
260531
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə kəndə köçən Məhəmməd Fərəcovun evinə baş çəkib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülən və həyata keçiriləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, kənddə 2025-ci ilin sonunadək ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.

Hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub.

Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb. 3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb.

Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.

Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 1
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 2
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 3
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 4
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 5
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 6
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 7
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 8
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 9
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 10
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 11
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 12
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 13
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 14
Prezident Xocalının Təzəbinə kəndində - FOTO - foto 15

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO