Əkinə yararsız torpaqlara turizm təyinatı VERİLSİN - Deputatdan TƏKLİF

Əkinə yararsız torpaqlara turizm təyinatı VERİLSİN - Deputatdan TƏKLİF

Hazırda oxunan: Əkinə yararsız torpaqlara turizm təyinatı VERİLSİN - Deputatdan TƏKLİF
259814
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclisdə əkin təyinatlı olub, lakin əkinə yararsız olan torpaqların turizm təyinatı torpaqlara dəyişdirilməsi təklif olunub.

Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Vasif Qafarov Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında çıxış edib.

O, bildirib ki, sahibkarlar torpaq təyinatı ilə bağlı problemlərlə qarşılaşırlar:
 

“Cənub bölgəsi turizm bölgəsidir və burada turist axını var. Bu sahədə hazırda sahibkarların qarşılaşdığı problem torpaq təyinatı ilə bağlıdır. Təklif edirəm ki, əkinə yararsız torpaqların siyahısı hazırlansın.


Əkin torpağı kimi qeyd olunan belə torpaqlara turizm təyinatı verilsin. Bu dəyişiklik tamamilə mümkündür. Belə olduqda əhali üçün də gəlir mənbəyi yenilənər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO