Putindən şok: Bu halda Rusiya məhv olacaq!

Putindən şok: Bu halda Rusiya məhv olacaq!

Hazırda oxunan: Putindən şok: Bu halda Rusiya məhv olacaq!

259712

Sovet İttifaqı "autodafe" ona görə etdi ki, ölkə sivil dünyanın bir hissəsi olmaq üçün Qərblə daha güclü əlaqələr qurmaq istəyirdi.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

"SSRİ "autodafe" etdi, yəni özünü ləğv etdi, onlar güman edirdilər ki, Rusiya sivil adlanan dünyanın bir hissəsi olacaq", - deyə o bildirib.

Putinin sözlərinə görə, bundan sonra Qərb ölkələri qərara gəldi ki, SSRİ artıq mövcud deyilsə, o zaman Sovet İttifaqı ilə eyni potensial gücə malik olmayan Rusiya ilə bağlı qaydalara məhəl qoymayacaqlar.

O, əlavə edib ki, Qərb SSRİ dağılandan sonra Rusiyanı öz maraqlarına uyğun şəkildə yenidən formalaşdırmağa çalışıb, lakin Moskva anladı ki, bu ölkə öz maraqlarını müdafiə etməlidir.

Kremlin sahibi vurğulayıb ki, Rusiya ya müstəqil və suveren olacaq, ya da ümumiyyətlə olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO