Laçında yeni su anbarı istifadəyə verildi – FOTO/VİDEO

Laçında yeni su anbarı istifadəyə verildi – FOTO/VİDEO

Hazırda oxunan: Laçında yeni su anbarı istifadəyə verildi – FOTO/VİDEO
255540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Laçın rayonunda Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zabuxçay su anbarı istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev deyib.

Onun sözlərinə görə, bu layihə Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən, işğaldan azad olunan ərazilərin bərpası çərçivəsində həyata keçirilib:

“Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşən yeni yaradılan aqroparklar və digər istifadəçilərə məxsus ümumilikdə 12 100 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə yaradılan Zabuxçay su anbarının ümumi tutumu 27 milyon m³-dir.

Su anbarının tikintisi zamanı bir sıra mühüm işlər həyata keçirilib. Belə ki, Güləbird SES-ə aid 1,2 km-lik derivasiya boru xətti, su anbarı bəndi və qəza sutullayıcısı tikilib, xidməti bina və ətraf infrastrukturlar tam şəkildə qurulub".





Laçında yeni su anbarı istifadəyə verildi – FOTO/VİDEO - foto 1
Laçında yeni su anbarı istifadəyə verildi – FOTO/VİDEO - foto 2
Laçında yeni su anbarı istifadəyə verildi – FOTO/VİDEO - foto 3
Laçında yeni su anbarı istifadəyə verildi – FOTO/VİDEO - foto 4
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO