Rəsmi Moskva Hindistan və Pakistana ÇAĞIRIŞ ETDİ

Rəsmi Moskva Hindistan və Pakistana ÇAĞIRIŞ ETDİ

Hazırda oxunan: Rəsmi Moskva Hindistan və Pakistana ÇAĞIRIŞ ETDİ
246574
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Pakistan və Hindistanın Moskvadakı səfirləri Məhəmməd Xalid Camali və Vinay Kumar ilə görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
 

Bildirilib ki, bununla rəsmi Moskva Hindistan və Pakistan arasında gərginliyin artması ilə əlaqədar hər iki tərəfi təmkinli olmağa və dialoqa çağırıb.


Pakistan səfiri ilə görüşdə tərəflər Rusiya-Pakistan əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin aprelin 22-də Kəşmirdə baş vermiş terror aktı ilə əlaqədar İslamabad və Yeni Dehli arasında gərginliyin artması məsələsini müzakirə ediblər.

Hindistanlı diplomatla görüş zamanı isə Rudenko cari ikitərəfli məsələləri və qarşıdan gələn siyasi təmasların qrafikini, həmçinin Cənubi Asiya regionunda ümumi vəziyyəti müzakirə edib.

Qeyd edək ki, Kəşmirdəki terror aktından sonra ölkələr arasında gərginlik artıb. Hindistan tərəfi baş verənlərə görə Pakistan hakimiyyətini günahlandırır. Aprelin 22-də naməlum silahlı şəxslər Kəşmirin Baysaran vadisində turistlərə atəş açıb. Hücum nəticəsində 25-dən çox turist həlak olub.

Hücuma görə məsuliyyəti Pakistanda yerləşən Leşkər-e-Tayyiba (LeT) təşkilatı öz üzərinə götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO