Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO/VİDEO

Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO/VİDEO

Hazırda oxunan: Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO/VİDEO
233923
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən ilin noyabrından başlayaraq Şimal-Qərb bölgəsində iqlimə uyğun olmayan quraq, bəzən isə isti hava müşahidə edilirdi.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son iki gündə Şəki-Zaqatala bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Belə ki, ötən gündən başlayaraq hava şəraiti kəskin dəyişib və fasilələrlə də olsa qısamüddətli yağış yağıb.

Ötən gün axşam saatlarından isə bölgənin əksər ərazilərində havanın temperaturu xeyli aşağı enib. Gecə bölgənin dağlıq və dağətəyi ərazilərində mənfi 6-8, aranda isə 2-4 dərəcə arasında şaxta müşahidə olunub.
 

Digər tərəfdən uzun müddətdən bəri gözlənilən qar da az-çox özünü biruzə verib.


Temperaturun mənfiyə düşməsi ilk növbədə əkin sahələrində zərərvericilərə, gəmiricilərə qarşı olduqca effektlidir. Digər tərəfdən yaz əkinləri üçün hazırlanan torpaqların da don görməsi gələcək məhsuldarlıq üçün faydalı hesab olunur.

Bir sözlə, üç aydan sonra bu səhər Şimal-Qərb bölgəsinin dağlıq və dağətəyi kəndlərində cüzi olsa belə qar yağdı.

Günün mənzərəsini əks etdirən foto və videonun təqdim edirik.




Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO/VİDEO - foto 1
Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO/VİDEO - foto 2
Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO/VİDEO - foto 3
Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO/VİDEO - foto 4
Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO/VİDEO - foto 5
Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO/VİDEO - foto 6
Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO/VİDEO - foto 7


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO