Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın olub - VİDEO

Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın olub - VİDEO

Hazırda oxunan: Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın olub - VİDEO
230871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Bum kəndində dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 0.1 hektar ərazidə kol-kos, ağac kötükləri və xəzəl yanıb.

Meşə massivi yanğından mühafizə olunub.



Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın olub - VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO