Aviaqəzadan xilas olan Məhəmməd: "Qız panikaya düşmüşdü, xahiş etdi ki, yerimizi dəyişək" - VİDEO

Aviaqəzadan xilas olan Məhəmməd: "Qız panikaya düşmüşdü, xahiş etdi ki, yerimizi dəyişək" - VİDEO

Hazırda oxunan: Aviaqəzadan xilas olan Məhəmməd: "Qız panikaya düşmüşdü, xahiş etdi ki, yerimizi dəyişək" - VİDEO
229199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Əsgərlikdən təzə gəlmişdim. Rusiyaya atamın yanına gedirdim. Ailəvi orada yaşayırıq, təhsilimi də orada alıram".

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bunu AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində xəsarət alan Məhəmməd Papaxov deyib.

O, qəza baş verərkən sərnişinlərin panikaya düşdüyünü, ekipaj üzvlərinin isə peşəkarlıq göstərərək onları sakitləşdirə bildiklərini vurğulayıb:
 

"Bizə demişdilər ki, qəza enişi olacaq. Stüardessa hamını sakitləşdirib deyirdi ki, hər kəs yerində otursun, kəmərlərini bərkitsin. Qorxu, təşviş var idi. Düşəndən sonra gözlərimi bağladım, ora-bura dəydim, hər yerim əzildi. Pilotlar bacardıqları qədər yaxşı eniş etdilər. Təyyarəni başıaşağı buraxsaydılar, bəlkə də heç kim sağ çıxmazdı".


"Mən 30-cu yerdə, düz qanadın üstündə oturmuşdum. 31-ci yerdə bir qız oturmuşdu, panikaya düşmüşdü. Xahiş etdi, yerimizi dəyişdik, 31-ci yerdə oturdum. Eşitdim ki, o da sağdır, xəstəxanadadır", - deyə M.Papaxov bildirib.

Ətraflı Baku TV-nin süjetində:



 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO