Bakıda daha bir avtoxuliqan HƏBS EDİLDİ - VİDEO

Bakıda daha bir avtoxuliqan HƏBS EDİLDİ - VİDEO

Hazırda oxunan: Bakıda daha bir avtoxuliqan HƏBS EDİLDİ - VİDEO
228919
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkədə paylaşan daha bir şəxs həbs edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.
 

Mənbə qeyd edir ki, 28 yaşlı Rüstəm Həsənov inzibati məsuliyyətə cəlb edilib.


Belə ki, onun idarə etdiyi “VAZ 2121” (Niva) markalı 90-DH-344 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu ərazisində hərəkətdə olarkən ictimai qaydanı pozaraq avtoxuliqanlıq əməli törətdiyi və bu növ videoları sosial şəbəkələrdə paylaşaraq insanların haqlı narazılığına səbəb olduğu üçün Abşeron RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Həmçinin, sosial şəbəkələrdə paylaşılan görüntülərdə sürücünün daha bir qayda pozuntusu da aşkar edilib.

Belə ki, araşdırmalarla R.Həsənovun idarə etdiyi avtomobilin üzərində qanunvericiliklə qadağan olunan konstruksiya dəyişikliyi edərək nəqliyyat vasitəsini bu vəziyyətdə idarə etdiyi də məlum olub. Müvafiq sənədləşdirmə aparılaraq toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Həsənov əməlinə hüquqi qiymət verilərək o, 20 sutka inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

DİN-dən bildirilib ki, avtoxuliqanlıq əməlləri törədənlərə qarşı tədbirlər davam etdiriləcək: “Yol hərəkəti qaydalarını pozaraq özlərini və ətrafdakı insanların həyatını təhlükəyə atmasınlar, nəzərə alsınlar ki, sosial şəbəkələrdə paylaşılan bu növ qayda pozuntularının hər biri diqqət mərkəzində saxlanılır və qayda pozan hər bir şəxs aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülür”.



Bakıda daha bir avtoxuliqan HƏBS EDİLDİ - VİDEO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO