
- A-
- A
- A+
Cəmiyyət
08:10 / 29.07.2024
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO/VİDEO
Hazırda oxunan: Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO/VİDEO
204016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlik kəndi ərazisində körpü güclü sel səbəbindən uçub.
Bu səbəbdən Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
Quba FHK sədri Tariyel İbrahimov Bizim.Media-ya faktı təsdiqləyib.
Onun sözlərinə görə, yeni körpü inşa olunana qədər 6 kəndin əhalisi və turistlər Xınalıq və bu istiqamətə yeni çəkilən Xınalıq-Susay-Alpan yolundan istifadə edə bilərlər.
"Əlik körpüsünün uçmasına səbəb intensiv yağışların gətirdiyi güclü seldir" - deyə T.İbrahimov vurğulayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































