Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB  

Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB  

Hazırda oxunan: Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB  
187401
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvar-mart aylarında pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya bildirilib ki, sosial ödənişlər üzrə ayrılan vəsaitlərin həcmində artım dinamikası bu il də artmaqda davam edir. 

2024-cü ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 224,4 milyon manat və ya 11,5 faiz çoxdur. 

Qeyd edək ki, sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq, cari ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılması təmin edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO