Adil Şükürov:

Adil Şükürov: "Sona 8 tur qalmış hansısa komanda çempion olmamalıdır"

Hazırda oxunan: Adil Şükürov: "Sona 8 tur qalmış hansısa komanda çempion olmamalıdır"
184806
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

""Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Amma bu, bu gün üçündür. Səhvlərdən nəticə çıxarıb, irəli baxmalıyıq. Gələcək turlarda daha aqressiv, daha istəkli olmalı, rəqibi qorumadan oynayan komanda kimi görünməliyik".

Bizim.Media xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 28-ci turunun "Qarabağ"la matçından sonra mətbuat konfransında deyib.

O, komandasının 1:6 hesablı məğlubiyyətini şərh edib. Həmçinin Ağdam klubunun çempionluğu haqda da danışıb:

"Azərbaycan klubarı "Qarabağ"la qarşılaşanda sanki onları qoruyaraq oynayır. Amma Azərbaycan çempionatında belə bir şey olmamalıdır. Hər kəs öz komandasının oyununu oynamalı, aqressivliyini, istəyini digər komandalara qarşı necə göstərirlərsə, "Qarabağ"a qarşı da elə göstərməlidirlər. Bu gün "Qarabağ" çempion oldu. Amma bu gün oldu. Gələcək çempionatlarda daha güclü, daha istəkli komandalar oynamalıdır və sona 8 tur qalmış hansısa komanda çempion olmamalıdır. Məncə, bu artıq sondur".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO