“Qarabağ” “Zirə”ni məğlub etdi - VİDEO

“Qarabağ” “Zirə”ni məğlub etdi - VİDEO

Hazırda oxunan: “Qarabağ” “Zirə”ni məğlub etdi - VİDEO
181961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ikinci qarşılaşmasında “Qarabağ” doğma meydanda “Zirə”ni qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində 43-cü dəqiqədə Nəriman Axundzadə, 77-ci dəqiqədə penaltidən Riçard Almeyda, 81-ci dəqiqədə Adama Diakabi fərqləniblər. Qonaqların yeganə qoluna isə 79-cu dəqiqədə Sezar Meza Kolli imza atıb.
Bu nəticədən sonra xallarının sayını 63-ə çatdıran “Qarabağ” liderliyini daha da möhkəmləndirib. “Zirə” isə 36 xalla altıncı yerdə qərarlaşıb.

Günün ilk görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, turun digər qarşılaşmalarında “Sumqayıt” “Səbail”ə 1:0, “Sabah” “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. “Kəpəz” – “Neftçi” görüşü isə qollu heç-heçə ilə bitib - 3:3.

 

 

 

 
Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO