İnsanların marağına səbəb olan "çiçək taksi"nin sürücüsü DANIŞDI – VİDEO 

Hazırda oxunan: İnsanların marağına səbəb olan "çiçək taksi"nin sürücüsü DANIŞDI – VİDEO 

180783

Hər şey bir müştərinin ona gül dibçəyi verməsi ilə başladı.

Bu taksinin içindən bütün tıxaclar boz, bütün yol problemləri cılız görünür. Müştərilər isə düşməyə tələsmirlər.

Bizim.Media xəbər verir ki, Emil Zamanov 2 ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. 

Sərnişinlərin gülə marağını görüb, maşında güllərin sayını artırıb. Sonra kompozisiya tamamlansın deyə quşları da əlavə edib. O, deyir ki, maşınında hər fəsil dekor dəyişir.
Taksidə xatirə dəftəri də var, müştərilər öz rəylərini bildirirlər.

Sürücü deyir ki, bütün bu xidmətlərə görə gedişhaqqından əlavə heç bir ödəniş tələb olunmur.

Məqsədi sadəcə taksilərin çoxundan narazı edildiyi bir dövrdə müştərilərin məmnunluğunu təmin etməkdir.

“Xezerxeber.az”ın mövzu ilə bağlı videomaterialını təqdim edir.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO