Aİ ilə investisiyaların prioritetləşdirilməsi müzakirə edilib - FOTO

Aİ ilə investisiyaların prioritetləşdirilməsi müzakirə edilib - FOTO

Hazırda oxunan: Aİ ilə investisiyaların prioritetləşdirilməsi müzakirə edilib - FOTO
180520
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı investisiyalarının müəyyən edilməsi və prioritetləşdirilməsi üçün yaradılan yüksək səviyyəli İşçi Qrupunun 2-ci iclasında prioritet məsələlər müzakirə olunub.

Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iclasda İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Adrienn Kirali, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, xarici işlər və maliyyə nazirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizin beynəlxalq maliyyə institutları və Avropa İttifaqı ilə tərəfdaşlığa verdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetləri üzrə tədbirlərin həyata keçirilməsi, xüsusilə rəqabətqabiliyyətli iqtisadiyyatın təmini, müasir innovasiya sahələrinin qurulması, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək kimi məqsədlərə çatmaq beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı zəruri edir.

Təqdirəlayiq haldır ki, Avropa Komissiyası tərəfindən irəli sürülən flaqman təşəbbüslər ölkəmizin növbəti onillikdə sosial-iqtisadi inkişafının milli prioritetləri ilə üst-üstə düşür.

İclasda işçi qrupunun qarşısında duran məsələlər müzakirə olunub, Kirali tərəfindən gələcək fəaliyyətlərə dair fikirlər səsləndirilib.

Aİ ilə investisiyaların prioritetləşdirilməsi müzakirə edilib - FOTO - foto 1
Aİ ilə investisiyaların prioritetləşdirilməsi müzakirə edilib - FOTO - foto 2

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO