“Qarabağ” yoxlama oyununda 7 qol vurdu

“Qarabağ” yoxlama oyununda 7 qol vurdu

Hazırda oxunan: “Qarabağ” yoxlama oyununda 7 qol vurdu
173008
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" mövsümün ikinci yarısının hazırlığını davam etdirir. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 5-də qış toplanışına start verən Ağdam təmsilçisi məşqlərini Bakıda gerçəkləşdirir. 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu gün ilk yoxlama oyununu keçirib. Premyer Liqanın lideri “Qarabağ-2” ilə üz-üzə gəlib.

Məhsuldar keçən qarşılaşmada 9 qol vurulub. 7:2 hesablı qələbə qazanan “Qarabağ”ın heyətində Leandro Andrade, Olavio Juninyo və Abdullah Zubir birinci hissədə fərqləniblər. Fasilədən sonra Nəriman Axundzadə və Hamidu Keyta dubl müəllifi olublar. Əvəzedicilərin qollarına Musa Musazadə və Nurlan Şabanov imza atıblar.

Qeyd edək ki, “Qarabağ” yanvarın 15-də “Zirə” ilə yoxlama oyunu keçirəcək.

“Qarabağ” – “Qarabağ-2” 7:2

Qollar: Leandro Andrade, Olavio Juninyo, Abdullah Zubir, Nəriman Axundzadə (2), Hamidu Keyta (2) // Musa Musazadə, Nurlan Şabanov

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO