ÜST-dən xəbərdarlıq: “Koronavirusa yoluxma ardıcıl 6-cı həftədir artır”

ÜST-dən xəbərdarlıq: “Koronavirusa yoluxma ardıcıl 6-cı həftədir artır”

Hazırda oxunan: ÜST-dən xəbərdarlıq: “Koronavirusa yoluxma ardıcıl 6-cı həftədir artır”
17054
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son həftə ərzində dünyada koronavirus qurbanlarının sayı 11 % artıb.

Bizim.Media xəbər veri ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

Qeyd edilir ki, koronavirusa yeni yoluxma hallarının sayı artır.

"Dünyada COVID-19-a yeni yoluxma hallarının sayı ardıcıl altıncı həftədir artır, son həftə ərzində 4 milyondan çox yeni yoluxma qeydə alınıb. Virusdan ölümlərin sayı da həmçinin keçmiş həftə ilə müqayisədə 11 % artıb, 71 mindən çox yeni ölüm qeydə alınıb", - bülletendə qeyd edilir.

Təşkilatın məlumatına görə, yeddi gün ərzində cənub-şərqi Asiyada COVID-19-dan ölüm faizinin artımı 46 % təşkil edib. Bu göstərici Şimali və Cənubi Amerikada 15 %, Şərqi Aralıq Dənizi regionu ölkələrində 7 %, Avropada 2 % olub.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb.

ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO