Sentyabrın 1-dək

Sentyabrın 1-dək "Laçın" məntəqəsindən neçə nəfər Ermənistana gedib?

Hazırda oxunan: Sentyabrın 1-dək "Laçın" məntəqəsindən neçə nəfər Ermənistana gedib?
165735
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 1-dək "Laçın" sərhəd buraxılış məntəqəsindən keçənlərin statistikası açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Roza Bayramlı "Laçın-Xankəndi yolu ətrafında mübahisələr" adlı hesabatın təqdimatında məlumat verib.

O bildirib ki, 2023-cü ilin sentyabrın 1-nə kimi buraxılış məntəqəsindən ümumilikdə 3687 nəfər keçib:

"Keçənlər arasında həmçinin digər ölkələrin də vətəndaşları olub. Azərbaycan tərəfdən heç kəsin keçidinə maneə törədilməyib. Buraxılış məntəqəsindən Ermənistana keçənlərdən 2675-i Ermənistan, 98-i Rusiya, 2-si Türkmənistan, 3-ü Ukrayna, 1-i İsrail vətəndaşı, eyni zamanda Belarus, Macarıstan, Qazaxıstan və Venesueladan olan işçilər olub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO