Bu gün İrəvanda Paşinyanın əleyhinə etiraz aksiyası davam edəcək

Bu gün İrəvanda Paşinyanın əleyhinə etiraz aksiyası davam edəcək

Hazırda oxunan: Bu gün İrəvanda Paşinyanın əleyhinə etiraz aksiyası davam edəcək
156703
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün yerli vaxtla saat 18:00-da Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın rəhblik etdiyi hakimiyyət əleyhinə etiraz aksiyası davam edəcək.

Bu barədə Bizim.Media erməni mətbuatəna istinadən xəbər verir.

Məlumata görə, mitinq “Respublika” meydanında baş tutacaq. 

Qeyd edək ki, dünən İrəvanda etirazçılar xəbərdarlıq aksiyası keçirərək vətəndaşları onlara qoşulmağa çağırıblar.

Aksiyaçılar Ermənistan hakimiyyətinin istefasını tələb edirlər.

Xatırladaq ki, dünən İrəvanın mərkəzindəki parkda çadır şəhərciyi qurmaq istəyən beş nəfər saxlanılıb. Bundan əvvəl İrəvanda və ölkənin digər ən böyük şəhərlərində Ermənistan müxalifətinin baş nazirin istefası tələbi ilə mitinqlərinin keçirildiyi xəbər verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO