Paşinyandan Ərdoğanın Qarabağla bağlı təklifinə REAKSİYA

Paşinyandan Ərdoğanın Qarabağla bağlı təklifinə REAKSİYA

Hazırda oxunan: Paşinyandan Ərdoğanın Qarabağla bağlı təklifinə REAKSİYA
155572
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağla bağlı dördtərəfli görüş keçirmək təklifinə münasibət bildirib.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səsvermədən sonra jurnalistlərlə söhbətində Paşinyan qeyd edib ki, müxtəlif təkliflər daxil olur.

"Bu, yeganə ideya deyil və mən təkcə onu vurğulamaq istəmirəm. Bunu bütövlükdə nəzərdən keçirmək lazımdır", - Paşinyan bildirib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Azərbaycan və Ermənistan liderlərinə Türkiyə və Rusiyanın iştirakı ilə Qarabağla bağlı dördtərəfli görüşün keçirilməsini təklif etdiyini bildirib.
Xatırladaq ki, sentyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Ermənistan və Türkiyə liderləri ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Söhbət zamanı qeyd olunub ki, regionda uzunmüddətli sülh və sabitlik bütün region ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcək. Tərəflər bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini qeyd ediblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO