
- A-
- A
- A+
İlham Əliyev türkiyəli naziri qəbul etdi - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bizim.Media xəbər verir ki, nazir Bekir Pakdemirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Türkiyə dövləti başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev slovakiyalı naziri qəbul etdi - YENİLƏNİB
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































