"Qərbi Azərbaycan icmasının öz yurdlarına qayıtmaq hüququ var" - Hikmət Hacıyev 

Hazırda oxunan: "Qərbi Azərbaycan icmasının öz yurdlarına qayıtmaq hüququ var" - Hikmət Hacıyev 
149164
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərbi Azərbaycan icmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var, çünki bu icma 1980-ci illərin sonlarında Ermənistandan qovulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Əş-Şarg əl-Avsat” qəzetinə müsahibəsində bildirib. 

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın ozamankı demoqrafik vəziyyətinə baxdıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və oranın yerli icması olduğunu görmək olar. Lakin bugünkü Ermənistan monoetnik cəmiyyətdir.
Buna görə də Qərbi Azərbaycan icmasının öz vətəninə qayıtmaq hüququ var. Təəssüf ki, Ermənistan bu icmanın hüquqlarını tam şəkildə pozur. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO