Daha bir qəsdən yanğıntörətmə faktının üstü AÇILDI – FOTO/VİDEO  

Daha bir qəsdən yanğıntörətmə faktının üstü AÇILDI – FOTO/VİDEO  

Hazırda oxunan: Daha bir qəsdən yanğıntörətmə faktının üstü AÇILDI – FOTO/VİDEO  
148721
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda daha bir qəsdən yanğıntörətmə faktının üstü açılıb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, iyulun 24-də nazirliyin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Aslanoba kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub. 

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı meşə zolağı və yüksəkgərginlikli hava elektrik xətlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. 

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Şahbaba Bayramnəzər oğlu Toryayev tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib. 
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib. 

 


Daha bir qəsdən yanğıntörətmə faktının üstü AÇILDI – FOTO/VİDEO   - foto 1
Daha bir qəsdən yanğıntörətmə faktının üstü AÇILDI – FOTO/VİDEO   - foto 2
Daha bir qəsdən yanğıntörətmə faktının üstü AÇILDI – FOTO/VİDEO   - foto 3
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO