Abşeronda 200-dən çox ailənin 84 min manat pulunu mənimsədilər - VİDEO

Abşeronda 200-dən çox ailənin 84 min manat pulunu mənimsədilər - VİDEO

Hazırda oxunan: Abşeronda 200-dən çox ailənin 84 min manat pulunu mənimsədilər - VİDEO
148687
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeronda 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib.

Bizim.Media xəbər verir ki, Qobu qəsəbəsinin yeni yaşayış massivində evlərə su xəttinin çəkilməsi üçün hər ailədən 650 manat pul yığılıb, lakin həmin məbləğ sonradan mənimsənilib.

Məlum olub ki, həmin ərazidə yaşayan 3 nəfər Akif, Vaqif və Araz adlı şəxslər birləşərək “Azərsu” ASC-nin adından ümumilikdə 84 min manat pul toplayıblar.

Sakinlərin sözlərinə görə, Akif , Vaqif və Araz  topladıqları vəsaiti podraçı təşkilata verdiklərini desələr də, bu vaxta qədər onların evlərinə su xətti çəkilməyib.

Adı dələduzluq faktında hallanan Vaqif Eynalov və Akif Əliyev açıqlamasından bildiriblər ki, onlar da digər sakinlər kimi hadisənin qurbanıdır. Onlar da vəsaiti Araz adlı şəxs vasitəsilə podraçı təşkilata veriblər. Əslində isə heç podraçı təşkilat belə yox imiş. 

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı  təsdiqləyib ki, həmin ərazidə yaşayan sakinlər bir neçə şəxsin dələduzluğu ilə üzləşiblər. Yeni yaşayış massivində mövcud su şəbəkəsi yoxdur və ora su xəttinin çəkilməsi ilə bağlı adı çəkilən quruma heç bir müraciət daxil olmayıb.
Sakinlər bildiriblər ki, mövcud məsələ ilə bağlı hüquq - mühafizə orqanlarına müraciət ediblər. Hazırda iş üzrə araşdırmalar aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO