“Neftçi” yeni baş məşqçi ilə ilk məşqə çıxdı

“Neftçi” yeni baş məşqçi ilə ilk məşqə çıxdı

Hazırda oxunan: “Neftçi” yeni baş məşqçi ilə ilk məşqə çıxdı

146297

Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında ilk məşqə çıxıb.

Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə saat 18:00-dan etibarən “Zenit” klubunun təlim-məşq mərkəzində keçirilən hazırlıq prosesində məşqçilər korpusunun digər üzvləri – köməkçi məşqçi Alin-Nikolaye Çita, analitik məşqçi Aurelian-Boqdan Patraşku, fiziki hazırlıq üzrə məşqçi Miodraq Todorov və qapıçılar üzrə məşqçi Mihai-Qavril Nedeban da iştirak ediblər. Məşqdə isinmə hərəkətlərindən sonra əsasən toplu çalışmalar icra olunub.

Qeyd edək ki, “Matç TV Kuboku”nda “Zenit” və “Srvena Zvezda” ilə qarşılaşmış “Neftçi” sonuncu oyununu “Fenerbahçe”yə qarşı keçirəcək.

Görüş iyulun 15-i Bakı vaxtı ilə saat 15:00-da “Smena” stadionunda baş tutacaq.









Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO