Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Hazırda oxunan: Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

624871

Azərbaycanın çimərlik voleybolu üzrə milli komandası Baltikyanı ölkələrin açıq çempionatında bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, Latviyanın paytaxtı Riqada keçirilən Baltikyanı ölkələrin açıq çempionatında 20 yaşadək çimərlik voleybolçularının yarışına yekun vurulub.

Azərbaycan yarışda həm qız, həm də oğlan komandaları ilə təmsil olunub.

Oğlanların mübarizəsində İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütü 34 komanda arasında üçüncü yeri tutaraq bürünc medal qazanıb.

Təmsilçilərimiz üçüncü yer uğrunda oyunda Latviya yığması ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub ediblər.

Qızların yarışında isə 27 komanda arasında mübarizə aparan Səbinə Əlizadə/Leyla Əliyeva cütü turniri 12-ci pillədə başa vurub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO