Yaponiya Rusiya kəşfiyyatı üçün "casus yuvasına" çevrilib

Yaponiya Rusiya kəşfiyyatı üçün "casus yuvasına" çevrilib

Hazırda oxunan: Yaponiya Rusiya kəşfiyyatı üçün "casus yuvasına" çevrilib

624840

"The New York Times" nəşrinin 12 iyul 2026-cı il tarixli geniş araşdırması göstərir ki, Yaponiya Rusiya kəşfiyyatı üçün yeni və təhlükəli bir əməliyyat bazasına çevrilib.

Bizim.Media xəbər verir ki, 2022-ci ildə Ukraynaya müdaxilədən sonra Qərb ölkələrindən yüzlərlə rus kəşfiyyatçısının qovulması, onları daha "yumşaq" qanunvericiliyə malik olan Yaponiyaya üz tutmağa məcbur edib.

Rusiya hərbi kəşfiyyatının (QRU) gizli "20-ci İdarəsi" Yaponiyanın qabaqcıl texnologiyalarını ələ keçirmək üçün diplomatik və biznes örtüyü altında fəaliyyət göstərir. Məqsəd, sanksiyalardan yan keçərək bu komponentləri (mikrosxemlər, ötürücülər və s.) üçüncü ölkələr vasitəsilə Rusiyanın raket və dron proqramlarına çatdırmaqdır.
 

Ekspertlər Yaponiyanın tarixi səbəblərdən kəşfiyyata qarşı mübarizə qanunlarının zəif olmasını və xüsusi xarici kəşfiyyat orqanının (müstəqil qurum kimi) yoxluğunu ölkəni kəşfiyyat üçün cəlbedici edən əsas amillər kimi qeyd edirlər. 


Yaponiya hakimiyyəti yaranmış təhlükəni dərk edərək, casusluqla mübarizə üçün daha sərt qanunlar hazırlayır. Xüsusilə, iyulun 10-da Liberal Demokrat Partiyası tərəfindən məhkəmə qərarı olmadan rabitənin izlənilməsinə icazə verən və casusluqla mübarizəni gücləndirən yeni qanun layihələri təklif olunub. 

2026-cı ilin may ayında Milli Kəşfiyyat Şurasının və Milli Kəşfiyyat Bürosunun yaradılması barədə qərar qəbul edilib.

Son günlərdə Yaponiyada ukraynalı kimi özünü təqdim edən bir rus kəşfiyyatçısının ifşa edilməsi də bu sahədəki gərginliyi və təhlükəsizlik orqanlarının fəallığını göstərir. Ukrayna və Qərb müttəfiqləri dəfələrlə Yaponiyanı bu fəaliyyətlə bağlı xəbərdar edib, lakin tənqidçilər Yaponiyanın buna baxmayaraq, konkret addımlar atmaqda ləngidiyini bildirirlər.

Hazırda rəsmi Tokio xarici investisiyalara nəzarəti sərtləşdirmək və texnologiya sızmalarının qarşısını almaq üçün kompleks tədbirlər görməyə çalışır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO