Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Hazırda oxunan: Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

624879

ABŞ-ın keçmiş prezidenti Co Bayden respublikaçı senator Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verib. O, senatorun ölüm xəbərinin onun üçün gözlənilməz və sarsıdıcı olduğunu bildirib.

"Cill və mən Lindsi Qremin qəfil vəfatından sarsılmışıq", — deyə Bayden "X" sosial şəbəkəsində yazıb.

Bizim.Media xəbər verir ki, keçmiş prezident qeyd edib ki, o və Qrem on ildən çox Konqresdə birlikdə işləyib, o cümlədən Senatın Xarici Əlaqələr Komitəsində bir çox məsələlər üzrə yaxından əməkdaşlıq ediblər.

Bayden əlavə edib ki, onların baxışları tez-tez üst-üstə düşməsə və mübahisələr yaşasalar da, dövlət qulluğunun vacibliyi barədə ümumi dəyərləri bölüşüblər.

Co Bayden mərhumun ailəsinə, onun komandasına, Cənubi Karolina sakinlərinə və Qremlə yaxınlığı olan hər kəsə başsağlığı verib, həmçinin həyat yoldaşı ilə birlikdə onlar üçün dua edəcəklərini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO