IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO

Hazırda oxunan: IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO
624872
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşada yeni inşa olunan Qarabağ küçəsi ilə tanış olublar.

Bizim.Media  xəbər verir ki, qonaqlar Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən inşa edilən müxtəlif təyinatlı 10 binaya baxış keçiriblər. Bu binalar arasında mehmanxana, apart hotel, ofis və ictimai iaşə obyektləri yer alır.
 

Qonaqlara bildirilib ki, tikinti işləri zamanı yüksək keyfiyyət standartlarının qorunması ilə yanaşı, binaların Şuşanın tarixi-memarlıq simasına və ümumi görünüşünə uyğunluğuna da xüsusi diqqət yetirilib. Layihənin həyata keçirilməsi tarixi şəhər və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın inkişafı istiqamətində görülən işlərin tərkib hissəsidir.


Yeni tikililər şəhərin memarlıq ansamblını tamamlayır, eyni zamanda, burada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin miqyasını əyani şəkildə nümayiş etdirir.

Qeyd edək ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin iştirakı gözlənilir.

IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO - foto 1
IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO - foto 2
IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO - foto 3
IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO - foto 4
IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO - foto 5
IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO - foto 6
IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO - foto 7
IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO - foto 8
IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO - foto 9
IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO - foto 10


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO