Kürdəmirdə magistral su boru xətti partladı: Rayon mərkəzi və 6 kənd susuz qaldı

Kürdəmirdə magistral su boru xətti partladı: Rayon mərkəzi və 6 kənd susuz qaldı

Hazırda oxunan: Kürdəmirdə magistral su boru xətti partladı: Rayon mərkəzi və 6 kənd susuz qaldı

624863

Kürdəmirdə magistral su kəmərində qəza baş verib, nəticədə rayon mərkəzi və 6 kəndin su təchizatı dayanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci kilometrliyində, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
 

Hadisə diametri 500 mm olan borunun partlaması nəticəsində baş verib. Qəza yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub, hazırda magistral xəttdəki nasazlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.


Məlumat üçün: Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 000 sakinini içməli su ilə təmin edir.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO