Qərbi Azərbaycan İcması ilk dəfə ATƏT arenasında

Hazırda oxunan: Qərbi Azərbaycan İcması ilk dəfə ATƏT arenasında

145594

İyulun 7-də Vyanada ATƏT-in tədbirində ilk dəfə olaraq Ermənistandan qovulmuş soydaşlarımızı birləşdirən ictimai qurum - Qərbi Azərbaycan İcması təmsil olunub.

Belə ki, icmanın idarə heyətinin sədr müavini, deputat Ramil Həsən ATƏT-in Milli azlıqlar üzrə ali  komissarlığı institutunun yaradılmasının 30 illiyi münasibətilə keçirilən yüksək səviyyəli tədbirdə icma adından iştirak edib.

Bizim.Media xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin, ATƏT-in baş katibi Helqa Şmidin, ATƏT-in milli azlıqlar üzrə ali komissarı Kayrat Abdrahmanovun, habelə ATƏT-ə üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə hüquqların müdafiəsi sahəsində vəziyyət ATƏT məkanında milli azlıqların durumu, iştirakçı dövlətlər tərəfindən bu sahədə öz öhdəliklərinin yerinə yetirilməsi vəziyyəti və milli azlıqların hüquqlarının müdafiəsi məsələləri diqqət mərkəzində olub.

Ramil Həsən çıxışında tədbir iştirakçılarını azərbaycanlıların Ermənistandan kütləvi qovulması haqda ətraflı məlumatlandırıb, Ermənistanın hərəkətlərinin milli azlıqların hüquqları ilə bağlı beynəlxalq normalara, ATƏT-in müvafiq sənədlərinə zidd olduğuna diqqət çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO