
- A-
- A
- A+
Cəmiyyət
13:32 / 03.07.2023
“Tərtər işi”nə görə 123 min manat təzminat ALACAQ
Hazırda oxunan: “Tərtər işi”nə görə 123 min manat təzminat ALACAQ
144298
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Tərtər işi” üzrə bəraət almış daha bir hərbçiyə təzminat ödəniləcək.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.
Məhkəmə bəraət almış hərbçi Emin Aibovun iddiasını qismən təmin edib. Qərara əsasən, ona mənəvi ziyana görə 66 min manat, maddi ziyana görə 57 min manat təzminat kəsilib.
İş üzrə cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb.
Qeyd edək ki, Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAXE) E. Aibov dövlətə xəyanət və digər oxşar maddələrlə ittiham edilərək 15 il azadlıqdan məhrum edilmişdi. O, ötən ilin sonunda bəraət alıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































