Azərbaycan-Ermənistan XİN rəhbərlərinin danışıqları bu gün ikitərəfli formatda davam edəcək

Hazırda oxunan: Azərbaycan-Ermənistan XİN rəhbərlərinin danışıqları bu gün ikitərəfli formatda davam edəcək

143634

Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-da keçirilən danışıqlar bu gün ikitərəfli formatda davam etdiriləcək.

Bizim.Media xəbər verir ki, bu gün ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşlər gözlənilmir.

Qeyd edək ki, E.Blinken iyunun 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli qapalı görüşlər keçirib.

Blinken və Bayramov Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycanla Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırki regional vəziyyəti müzakirə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da Ceyhun Bayramovun Mirzoyanla görüşü 5 saat çəkib - FOTO


Nazir C.Bayramov görüş zamanı, saziş layihəsində əhatə olunmuş məsələlər üzrə Azərbaycanın mövqeyi və yanaşmalarını diqqətə çatdırıb. Ermənistan tərəfdən sülh prosesinə maneçilik cəhdləri, bir sıra təhrikçi addımları vurğulanıb. Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib.

Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib.

Daha sonra nazirlər fasilələrlə 4-5 saat davam edən ikitərəfli görüş keçiriblər.

Danışıqlar iyunun 29-dək davam edəcək. Əsas mövzu sülh müqaviləsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO