Kiyevə ən kütləvi dron hücumu: Ölən və xəsarət alanlar var

Kiyevə ən kütləvi dron hücumu: Ölən və xəsarət alanlar var

Hazırda oxunan: Kiyevə ən kütləvi dron hücumu: Ölən və xəsarət alanlar var

138369

Ukraynanın paytaxtı Kiyev mayın 28-nə keçən gecə İran kamikadze dronlarının növbəti hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popko tərəfindən verilən məlumata görə, bu, mayın əvvəlindən bəri Rusiya ordusunun Kiyevə 14-cü hava hücumudur. Mayın 28-nə keçən gecə Rusiya aviasiyasının hücumu zamanı Kiyev səmasında 40-dan çox pilotsuz təyyarə vurulub. Bu, Ukrayna paytaxtında ən kütləvi kamikadze dronu hücumu idi, raket və kamikadze dronlarının qalıqlarının düşməsi nəticəsində şəhərdə insan tələfatı və dağıntılar qeydə alınıb.

"Bu gün düşmən öz ölümcül PUA-larının köməyi ilə paytaxt sakinlərini Kiyev günü münasibətilə "təbrik etmək" qərarına gəlib. Bu, tammiqyaslı işğalın başlanmasından bəri paytaxta ən kütləvi dron hücumu idi. Hücum bir neçə dalğada həyata keçirilib və hava reydləri 5 saatdan çox davam edib”, - deyə Sergey Popko əlavə edib.
İlkin məlumata görə, hava hücumu nəticəsində Qoloseyev rayonunda 7 mərtəbəli qeyri-yaşayış binasında dağıntı qeydə alınıb, bir nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Ticarət mərkəzlərinin birinin damında alışma olub. Həmçinin, 1000 kvadratmetr sahəni əhatə edən hazır məhsul anbarları yanıb, bir nəfər xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO