Ağdamda şəhidlərin xatirəsinə həsr edilmiş voleybol turniri KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Ağdamda şəhidlərin xatirəsinə həsr edilmiş voleybol turniri KEÇİRİLDİ - FOTO 

138344

Ağdamda şəhidlərin xatirəsinə həsr edilmiş voleybol turniri təşkil edilib. 

Bizim.Media xəbər verir ki, turnirdə rayonun səkkiz komandası öz gücünü sınayıb.  

Ağdamın  Bənövşələr qəsəbəsində keçirilən turnirin finalçıları ev sahibi komanda və Sarıcalı kənd komandası olub. Gərgin idman mübarizəsi 3:1 hesabı ilə yerli komandanın qalibiyyəti ilə sona çatıb.  
Komanda üzvləri ənənəvi olaraq birincilik kubokunu şəhid Sərvan Göyüşovun ev muzeyinə hədiyyə edib. Kuboku başı üzərinə qaldıran şəhid atası, Qarabağ qazisi Mehman Göyüşov turnir iştirakçıları tərəfindən alqışlanıb.  

O gələcəkdə də idman turnirlərinin keçirilməsinin, ölkədə idmanın inkişafının tərəfdarı olduğunu diqqətə çatdırıb.  

Qeyd edək turnir Bənövşələr qəsəbə gənclərinin təşəbbüsü ilə təşkil edilib.  










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO