Pakistan şirkətləri ərazilərin bərpasına cəlb olunacaq – Nazir açıqladı

Pakistan şirkətləri ərazilərin bərpasına cəlb olunacaq – Nazir açıqladı

Hazırda oxunan: Pakistan şirkətləri ərazilərin bərpasına cəlb olunacaq – Nazir açıqladı
13046
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pakistanın Sərhəd İşləri Təşkilatı (FWO) Azərbaycanla infrastruktur layihələrinin icrası üzrə əməkdaşlıqda maraqlıdır.

Azərbaycan İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bunu FWO baş direktoru Kamal Azfarın Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağın inkişaf modeli dörd mərhələdə aparılacaq - Deputat


Görüşdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb, Pakistan şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində, işğaldan azad olunan ərazilərin bərpasında iştirakına dair müzakirələr aparılıb.

K. Azfar ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib, əlaqələrin genişləndirilməsi istiqamətində fikirlərini bölüşüb.

Nazir M.Cabbarov bildirib ki, azad olunan ərazilərin bərpası və inkişafı konsepsiyası hazırlanıb. Konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadə, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramları və ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO