
- A-
- A
- A+
Abdullah Öcalan Türkiyədəki həbsxananın yeni korpusuna köçürüldü
Türkiyə hakimiyyəti Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanı İmralı adasındakı həbsxananın yeni korpusuna köçürüb.
Bizim.Media xəbər verir ki, bu barədə kürdyönlü DEM Partiyasının yüksək vəzifəli nümayəndəsi Mithat Sancar məlumat verib. O, köçürülmənin sülh prosesinin sürətləndirilməsini tələb etdiyini bildirib.
Sancar qeyd edib ki, son iki ayda faktiki olaraq dayanmış danışıqlarda Öcalan da iştirak etməli, Türkiyə hakimiyyəti isə sərt mövqeyindən və birtərəfli tələblərindən əl çəkməlidir.
Öcalan 1999-cu ildə həbs edildikdən sonra İmralı adasında saxlanılır. O, 2025-ci ilin fevralında PKK-nı buraxmağa və silahı yerə qoymağa çağırıb. Həmin ilin mayında təşkilat silahlı mübarizəni dayandırdığını elan edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































