Xamenei ABŞ-ı “Böyük şeytan” adlandırdı

Xamenei ABŞ-ı “Böyük şeytan” adlandırdı

Hazırda oxunan: Xamenei ABŞ-ı “Böyük şeytan” adlandırdı
645417
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın ali rəhbəri Müctəba Xamenei ölkəsinin “üçüncü məcburi müharibədə” qələbə qazanacağına əminliyini ifadə edib. O, xarici təcavüzə qarşı mübarizədə İran xalqının sayıqlığını, inamını, fədakarlığını və dözümlülüyünü əsas şərtlər kimi qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə Xameneinin oktyabrın 31-də “Zülfüqari” əməliyyatının ildönümü münasibətilə yayımlanan müraciətində bildirilib.

 

Xamenei 1980-ci ildə İran qüvvələrinin Abadan adasından İraq qoşunlarını çıxardığı əməliyyatın uğurunda yerli sakinlərin, könüllülərin, ordunun və İslam İnqilabı Keşikçiləri Korpusunun rolunu vurğulayıb.


O, İranın hazırda da həmin dövrdəki kimi inama, qətiyyətə, fədakarlığa və dözümlülüyə ehtiyacı olduğunu bildirib. Xamenei ABŞ-ı “Böyük şeytan” adlandıraraq, İran xalqının onun hökmranlığına, cinayətlərinə və təcavüzünə qarşı mübarizə apardığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO