Rusiyalı hərbi ekspert: “Paşinyanın nə baş verdiyindən xəbəri yoxdur”

Rusiyalı hərbi ekspert: “Paşinyanın nə baş verdiyindən xəbəri yoxdur”

Hazırda oxunan: Rusiyalı hərbi ekspert: “Paşinyanın nə baş verdiyindən xəbəri yoxdur”
12941
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan ordusunun Azərbaycanla hərbi əməliyyatlara hazır olmadığını əsaslandırmaq üçün Rusiya silahlarını tənqid edir.

Bizim.Media məlumat verir ki, bu sözləri RİA Novosti-yə müsahibəsində hərbi ekspert, hərbi elmlər doktoru Konstantin Sivkov söyləyib.

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın müsahibəsi - sudan quru çıxmaq cəhdi və Qərbə mesajlar


Sivkov Ermənistan baş nazirinin müsahibəsində qeyd etdiyi fikirləri şərh edərək “Paşinyan ordunun Azərbaycanla döyüş əməliyyatları aparmağa hazırlığını təmin etməməkdə günahlandırılır.

Bu doğrudur. Bu şərtlərdə özünü günahdan azad etməyə və Ermənistanı qüsurlu silah sistemləri ilə təmin etdiyi üçün Rusiyanı günahlandırmağa çalışır”, deyə qeyd edib.

Ermənistan rəsmilərindən Rusiyadan alınmış digər erməni silah sistemlərinə qarşı başqa tənqidlər eşitməyin mümkün olacağını da istisna etməyən Sivkovun fikrincə, Paşinyanın cəbhədə nə baş verdiyi ilə bağlı hər hansı bir məlumatı yoxdur.

Əgər “İsgəndər” raketləri həqiqətən bu qədər uğursuz olsaydılar, Azərbaycan tərəfi mütləq işə yaramayan raketlərin görüntülərini dünyaya nümyiş etdirəcəkdi, deyə ekspert vurğulayıb. 

Ekspert qeyd edib ki, gələcəkdə Ermənistan rəsmilərindən digər Rusiya silah sistemlərinə dair oxşar tənqidləri eşitmək mümkün olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO