Təyyarə ilə uçanlara şad xəbər - Endirim olacaq

Təyyarə ilə uçanlara şad xəbər - Endirim olacaq

Hazırda oxunan: Təyyarə ilə uçanlara şad xəbər - Endirim olacaq

126400

“Azərbaycan Hava Yolları” aviaşirkəti martın 20 və 21-də Novruz bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə 20% güzəşt təklif edir.

Bu barədə Bizim.Media-ya aviaşirkətdən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL Bakı ilə Əl-Küveyt arasında birbaşa reyslər açır


Təklif 28 mart - 20 aprel 2023-cü il tarixləri arasında həyata keçiriləcək gediş-gəliş reyslərinə şamil edilir.

AZAL-ın 10-dan çox məşhur marşrutu üzrə güzəştli aviabiletlər əldə etmək mümkündür.

İstiqamətlər arasında: Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana və Almatı.

Bu uçuşlara aviabiletləri [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək, o cümlədən kassalarda və ya aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO