Gürcülər Keşikçidağda yeni sərhəd zastavası inşa edirlər

Gürcülər Keşikçidağda yeni sərhəd zastavası inşa edirlər

Hazırda oxunan: Gürcülər Keşikçidağda yeni sərhəd zastavası inşa edirlər
12596
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən David Qareci (Keşikçidağ) məbəd kompleksi ərazisində yeni sərhəd zastavasının tikintisi başa çatmaq üzrədir.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri vəzifəsini icra edən Vaxtanq Qomeluri bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstanın yeni hökumətinin tərkibi açıqlandı: Adlar 


O, inşaat işlərinin yaxın zamanlarda yekunlaşdırılacağını qeyd edib.

V.Qomelaurinin sözlərinə görə, 2020-ci ildə sərhədyanı infrastrukturun təkmilləşdirilməsi, dövlət sərhədinin müasir texniki vasitələrlə təchizatı, aviasiya potensialının inkişafı üzrə xüsusilə əhəmiyyətli addımlar atılıb.

Qeyd edək ki, sərhəd bölməsinin inşası layihəsi ABŞ-ın Müdafiə sahəsində Təhdidlərin Azaldılması Agentliyinin (DTRA) dəstəyi ilə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO