Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır

Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır

Hazırda oxunan: Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır
12463
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Azərbaycanın baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının toplantısında iştirak etmək üçün Ankaraya səfər edib.

Səfər zamanı iki ölkə arasında bir çox sahələri əhatə edən 10-dan artıq birgə sənəd, o cümlədən qarşılıqlı ticarət-investisiya əlaqələrinə dair sənədlər imzalanıb.

Əldə edilən anlaşmalardan biri də Türkiyənin SOM yüksək dəqiqlikli, “hava-yer” tipli qanadlı raketini Azərbaycana ixrac etməsini nəzərdə tutur.

Bizim.Media ''aydınlık.com.tr''yə istinadla xəbər verir ki, bu barədə  Türkiyənin vitse-prezidenti Fuad Oktay açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Harop və AN-2 təyyarələri düşmənə ciddi zərbələr vurub - DSX


Məlumatda deyilir ki, TÜBİTAK Müdafiə Sənayesi Araşdırma İnstitutu (SAGE) tərəfindən hazırlanan, “Roketsan” tərəfindən seriya istehsalı həyata keçirilən SOM qanadlı raketi Azərbaycanın Hərbi Hava Qüvvələrinin inventarında yer alan döyüş təyyarələrinə inteqrasiya ediləcək.

Bununla da Azərbaycan 250 kilometr və daha çox mənzilə sahib olan, yüksək dəqiqliyə malik raketə malik olacaq.

Qeyd edək ki, SOM-B1 raketi daha əvvəl, 2019-cu ildə Bakıda keçirilən hərbi paradda ilk dəfə nümayiş etdirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO