İrandan Xocalı soyqırımına növbəti HÖRMƏTSİZLİK – Erməniləri küçələrə ÇIXARDI

İrandan Xocalı soyqırımına növbəti HÖRMƏTSİZLİK – Erməniləri küçələrə ÇIXARDI

Hazırda oxunan: İrandan Xocalı soyqırımına növbəti HÖRMƏTSİZLİK – Erməniləri küçələrə ÇIXARDI

122798

İranın erməni təəssübkeşliyi hər gün yeni bir dəlillə qarşımıza çıxır. Bu dəfə də, Azərbaycanda Xocalı soyqırımının ildönümünün qeyd olunduğu günlərdə, İranın İsfahan şəhərində ermənilər etiraz aksiyası keçiriblər. Belə ki, İsfahanın Vəng kilsəsinin qarşısına toplanan 1100 erməni Laçın yolundakı aksiyamızın əleyhinə şüarlarla çıxış ediblər.

Ermənilərin nümayişi ilə bağlı bir sıra məqamlar diqqət çəkib:

- Nümayişlərdə açıq şəkildə separatçıların bayraqları dalğalandırılıb;

- Aksiyaya qatılanlar içərisində azyaşlıların çoxluğu diqqət çəkib;

- Nümayişçilər tərəfindən “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” şüarına xüsusi yer verilib;

- Aksiyada İran parlamentinin üzvü Kristine Vartanyan da iştirak edib;

- İran mətbuatı aksiyanı geniş şəkildə işıqlandırıb.

İran parlamentinin deputatının iştirakı, eləcə də etirazçıların heç bir müqavimətlə üzləşməməsi və ölkə mətbuatının hadisəni geniş işıqlandırması aksiyaya İran rejimi tərəfindən icazə verildiyinin bariz sübutudur.

Əgər belə olmasa idi, ermənilərə molla rejiminə qarşı etiraz aksiyaları keçirən iranlılarla olduğu kimi davranılardı. İran hakimiyyətinin aksiyaya xeyir-dua verməsinin bir digər örnəyi isə etirazçıların bəyanatının molla rejimi rəsmilərinin Azərbaycana qarşı ritorikasına bənzəməsidir.

Nümayişin bəyanatına nəzər salsaq, qeyd etdiyimiz analogiyaya şahid ola bilərik. Xüsusilə də, “sionizm” kartından istifadə, Zəngəzur dəhlizinə qarşı mövqe, Azərbaycanla Türkiyə, İsrail münasibətlərinə hədəf alan fikirlər bunun əyani sübutudur.

Lakin bəyanatda bir məqam müsbət hal kimi dəyərləndirilə bilər. O da Laçın yolundakı aksiya ilə bağlı beynəlxalq arenada sərgilənən mövqeyin fars-erməni tandeminin narahatlığına səbəb olmasıdır. Görünür, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın bu yöndə tələblərini rədd etməsi ermənilərlə yanaşı, molla rejiminin də kefinə soğan doğrayıb.

Aksiyalardan söz düşmüşkən...

Artıq 5 aydan çoxdur ki, İranı etiraz dalğası bürüyüb. Molla rejiminin aksiyaçıları millət ayırd etmədən repressiyalara məruz qoyması da məlumdur. Amma nə hikmətdirsə, ermənilərin İran hakimiyyətinə qarşı çıxışlarına şahidlik etmirk. Görünür, sayları 100 minə yaxın olan İran erməniləri molla rejiminin iqtidarından razıdır.

Niyə də olmasınlar ki? Molla rejimi fars şovinizmi siyasəti yürütsə belə, açıq deyək ki, İranda heç farslara da ermənilər qədər şərait yaradılmayıb. İranda erməni dilində 16 məktəb fəaliyyət göstərir, 5 min erməni şagirdi öz dilində orta təhsil alır. Eyni zamanda İranın əksər böyük şəhərlərində erməni kilsələri də fəaliyyət göstərir. 

Ermənilər isə molla rejiminin onlara yaratdığı imkanlardan gen-bol yararlanır, hökumətin siyasətini dəstəkləyirlər. Görünən qədərilə, molla rejiminin erməni şovinizmi fars milliyətçiliyini belə geridə qoyub.
 

Son aksiyalarsa bunu bir daha təsdiqlədi. İran hökuməti Xocalıda yüzlərlə din qardaşı dediyi soydaşımıza qarşı tarixdə görülməmiş vəhşiliyin törədildiyi günlərdə erməniləri küçəyə çıxardı. Üstəlik, həmin soyqırımını törətmiş separatçılara dəstək vermək məqsədilə.


Nə deyək, tariximizin ən acı gününə belə hörmət etməyən molla rejiminin əlində fürsət olsa, ölkəmizə qarşı daha nələr edə bilər? Təxmin etmək çətin deyil...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO