Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Adıgözəl Məmmədovun cinayət işinin məhkəməsi başlayıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin baxış iclası sentyabrın 24-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2026-cı ilin iyununda Sabunçu rayonu "Şuşa şəhərciyi" adlanan ərazidə baş verib.
Qəsəbə sakini 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqla öldürməkdə təqsirləndirilərək saxlanılıb.
Adıgözəl Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:00 / 17.09.2026
Gəlinini qətlə yetirən qayınatanın məhkəməsi başladı
Hazırda oxunan: Gəlinini qətlə yetirən qayınatanın məhkəməsi başladı
Hazırda oxunan: Gəlinini qətlə yetirən qayınatanın məhkəməsi başladı
637247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































